Xəbər lenti

Az.TV-də yazıçı nəvəsi müavin oldu
Ölkə19:39 07.05.2015

Az.TV-də yazıçı nəvəsi müavin oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Arif Alışanov televiziyada kadr dəyişikliyi həyata keçirib. Qaynar.info aznews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı AzTV-dən bildiriblər.
Məlumata görə, operator Musa Vəliyev televiziyanın baş operatoru Fazil Hadıyevin müavini vəzifəsində çalışacaq.
Bu faktı Musa Vəliyevin özü təsdiq edib: “Mənim təyinatımla bağlı informasiya bu gün yayılıb. Sabah yeni kollektivə təqdim ediləcəyəm”.
Qeyd edək ki, uzun müddətdir ki, AzTV-də çalışan Musa Vəliyev Azərbaycanın məşhur yazıçısı Əli Vəliyevin nəvəsidir. 
Qaynar.info