Xəbər lenti

Azyaşlı idmançı oğlunu döydü, həbs olundu (VİDEO)
İdman08:19 03.11.2022

Azyaşlı idmançı oğlunu döydü, həbs olundu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Serbiyada bir tennis kortunda çəkilən görüntülər kəskin etirazlara səbəb olub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, çinli ata idmanla məşğul olan 14 yaşlı oğlunu yumruq və təpiklə döyüb. Bununla yanaşı o, azyaşlı idmançını təhqir də edib. İdmançı yetişdirilməsi ilə məşhurlaşan Serbiyada ortaya çıxan görüntülər Avropa mətbuatında əks-səda doğurub.
Şiddət əleyhinə müdafiəçi İqor Yuriçin "Twitter" sosial şəbəkəsində yayımladığı kadrlarda atanın uşağını yerə yıxdıqdan sonra onu sillələdiyi və təpiklədiyi görünür. Yuriç, videodakı şəxslərin çinli bir ailə olduğunu və serb dilini bilmədiklərini deyib.
Belqrad Daxili İşlər Nazirliyi videodakı şəxsin polis tərəfindən tapılaraq həbs edildiyini açıqlayıb. Serbiyanın "Mondo" xəbər portalında yer alan məlumata görə, işə Belqrad Baş Prokurorluğu tərəfindən baxıldığı və günahı sübuta yetiriləcəyi təqdirdə şübhəlinin 2 ildən 10 ilədək həbs cəzası ala biləcəyi ifadə edilib. .
Serbiya mətbuatına danışan Yuriç, hadisə şahidlərinin 14 yaşlı idmançının tələb olunanı edə bilmədiyi üçün onun məşqçisi tərəfindən belə bir hücuma məruz qaldığını söyləyib.  
14 yaşlı idmançıya qarşı zorakılıq tennis dünyasını şoka salıb. Bir sıra məşhur tennisçilər bu zorakılğın qarşısının alınmasını tələb edib. Hazırda kişilər arasında dünyanın ən güclü tennisçisi sayılan Serbiyalı Novak Cokoviç də bu vəhşiliyin qarşısının alınması üçün əlindən gələni əsirgəməməyə dəvət olunub. 
Səbuhi Həsənov