
Tovuzda davada qardaşına görə araya girən bacı aldığı bıçaq yarasından 5 gün sonra xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, cari ilin avqust ayının 29-da Tovuz rayonunun Əyyublu kənd sakini İvan Hüseynov münaqişə zəminində həmkəndlisi Rəşid Əliyevi bıçaqla vurmağa cəhd göstərib.