Xəbər lenti

Bacısının qızıllarını və pulunu oğurlayan şəxs saxlanıldı - BAKIDA
Ölkə17:51 17.04.2016

Bacısının qızıllarını və pulunu oğurlayan şəxs saxlanıldı - BAKIDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda bacısının evindən oğurluq edən şəxs saxlanılıb.

Hövsan qəsəbəsi Bağlar yaşayış massivində yaşayan 1976-cı il təvəllüdlü Kəmalə Ağayevanın evindən 250 manat və qızıl-zinət əşyaları oğurlanıb. Ev sahibi bu barədə polisə məlumat verib.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs müəyyənləşdirilib.

Hadisəni törədən şəxsin K.Ağayevanın qardaşı, qəsəbə sakini 1988-ci il təvəllüdlü Elnar olduğu məlum olub. (musavat.com)

Qaynar.info