Xəbər lenti

Bağlanacağı deyilən Bakı Qızlar Universitetinin rektoru danışdı (VİDEO)
phrase_var_qaynar. 11:07 26.07.2026

Bağlanacağı deyilən Bakı Qızlar Universitetinin rektoru danışdı (VİDEO)

Bakı Qızlar Universitetinin bağlanacağaı iddia edilir.

Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu universitetin bağlanacağı ilə bağlı məlumatlar paylaşılır. Qeyd edilir ki, bəzi ixstisaslarda müəyyən uyğunsuzluqlar aşkarlanıb.

Universitetin tələbələri və məzunları isə buna etiraz edərək bildirirlər ki, təhsil ocağında hansısa problem yaşanmayıb.

Məsələ ilə bağlı Universitetin rektoru bildirib ki, təhsil müəssisəsinin bağlanacağı haqqında hansısa məlumat yoxdur. Qeyd edilən pozuntular ötən il aşkarlanıb və bu il öz həllini tapıb. Hətta bəzi işlərin görülməsi davam etdirilir.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, qeyri-iş günüdür. Yalnız həftənin ilk iş günündə sorğunu cavablandıra bilərlər.
 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->