Xəbər lenti

Bağlanan bankın sədr müavininə yüksək vəzifə verildi (FOTO)
Ekonomiks12:57 13.06.2022

Bağlanan bankın sədr müavininə yüksək vəzifə verildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tokay Əlizadə "AzRe Təkrarsığorta" şirkətinin Direktorlar Şurasına sədri təyin olunub.
Bu məlumatı o özü "Report"a təsdiqləyib.
Bildirilir ki, bundan əvvəlki sədr Fuad Quliyev artıq şirkətdən ayrılıb.
Qeyd edək ki, T.Əlizadə 2016-cı ilə kimi keçmiş "AG Bank"ın İdarə Heyətinin sədr müavini olub.
Xatırladaq ki, "AzRe 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Hazırda "AzRe Təkrarsığorta" yalnız "Azər-Türk Bank" ASC-nin səhmlərinin 6,55 %-nə nəzarət edir.
"AzRe Təkrarsığorta” ASC 2021-ci ili 2,83 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2020-ci illə müqayisədə 18,3 dəfə çoxdur.
Ötən il "AzRe Təkrarsığorta”nın gəlirləri 62,933 milyon manat (əvvəlki ilə nisbətən 29,6% çox), xərcləri 59,416 milyon manat (23,75% çox), mənfəət vergisi ödəmələri isə 687 min manat (73,05% çox) təşkil edib.
Bu il yanvarın 1-nə "AzRe Təkrarsığorta”nın aktivləri 99,77 milyon manat olub ki, bu da illik müqayisədə 22,3% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 39,5% azalaraq 35,936 milyon manata, balans kapitalı isə 7,6% azalaraq 63,835 milyon manata düşüb.