Xəbər lenti

Bahalaşma davam edəcək – EKSPERT RƏYİ
Ekonomiks12:11 27.08.2014

Bahalaşma davam edəcək – EKSPERT RƏYİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bazarlarla kəskin bahalaşma müşahidə olunmaqdadır. 

Xüsusilə meyvə-tərəvəz məhsullarının qiyməti nəzarətdən çıxıb, məhsul və alıcı azalır, nəticədə bazarlar boşalır. 

Səbəb Qərb ölkələrinin Rusiyaya sanksiya tətbiq etməsindən sonra Azərbaycandan ərzaq idxalını artırmasıdır.  Satıcıların müəyyən qismi  yerli bazarda satılan məhsulların aşağı keyfiyyətdə olmasından şikayətçidir. Məhsulun keyfiyyətinin aşağı olması alıcılığı azaldır. Nisbətən yaxşı məhsul da alıcı üçün qiymət baxımından qəbul olunmur. 

Bazarda qiymətlər tənzimlənməsə, alıcı satıcıdan, satıcı da güzərandan narazı qalacaq. Üstəlik gələn informasiyaların arasında yenidən bahalaşma ehtimalı da var. İnsanları ən çox düşündürən sualların arasında durumun nə zamanadək davam edəcəyi ön sıradadır.

Aktual.az-a danışan  iqtisadçı–ekpert Vüqar Bayramov qiymət artımın qarşısının alınması üçün mümkün variantların olduğunu deyib.  

Bahalaşmanın müsbət tərəfi

Ekpertin sözlərinə görə, Azərbaycan fermerlərinin daha çox ixrac imkanına malik olması təbii ki, Azərbaycanın ixracat potensialının artırılması baxımından kifayət qədər əhəmiyyətli hesab olunur. Burada müsbət tərəf ondan ibarətdir ki, Azərbaycan qeyri-neft sektoru üzrə öz imkanlarını artırmış olur. Bu fermerlərin maliyyə imkanlarının,  yaşayış səviyyəsinin artmasına gətirib çıxarır. 

Qiymət artımı davam edəcək

V. Bayramov qiymət artımının bir müddət davam edəcəyini proqnoz verib. O hesab edir ki, bahalaşmanın mənfi tərəflərindən biri də yerli məhsulların xarici bazara çıxarılması zamanı daxili bazarda qıtlığın yaranmasına səbəb olur. Bu da təbii ki, qiymət artımına səbəb olur. Biz əvvəllər də 3 kiloqram pomidorun 1 manata satılmasını doğru hesab etmirdik. İndiki halda paytaxtın bazarlarında yerli məhsulların qiyməti çox baha qiymətədir. Yerli məhsullar həm paytaxt, həm də rayonlarda yüksək qiymətə satılır. Qiymət artımları davam edəcək. 

Dövlət nə etməlidir?

Dövlət çalışmalıdır ki, istehlak bazarında yerli məhsullarda qiymət artımının qarşısını ala bilsin. İlk növbədə idxalın liberallaşmasına ehtiyac var. Azərbaycan məhsulları Rusiya bazarına daxil olur. Bunun müqabilində idxalı liberallaşdırmaqla, sadələşdirməklə birmənalı şəkildə daha ucuz, kənd təsərrüfatı məhsullarının daxil olmasına nail ola bilər. Bu zaman alıcıların seçim imkanı olacaq.  Ya bahalı yerli məhsulllar, ya da ucuz xarici məhsulları ala biləcək. Bu da qiymətlərin tənzimlənməsinə imkan verəcək. 

Yarmarkaların sayı artmalıdır

İkinci tərəfdən kənd təsərrüfatı nazirliyi yarmarkaların sayının keçirilmə mütəmadiliyini artırmağa çalışmalıdır. Etiraf etmək lazımdır ki, bu gün qiymətlərin tənzimlənməsi, aşağı salınmasında əsas səbəblərdən biri kimi çıxış edır. Bu baxımdan da yarmarkaların müsbət tərəfdən təsiri var. Yarmarkaların sayının artırılması bazarda qiymət tənzimlənməsində müəyyən qədər rol oynayır. 

Süni bahalaşmanın qarşısı alınmalıdır

İqtisadiyyat və sənaye nazirliyi suni qiymət artımlarına mübarizəni gücləndirməlidir. Bu gün bazarda müəyyən məhsulların Rusiya bazarına çıxması ilə süni şəkildə qiymət artımı baş verir. Onlar Rusiya bazarına çıxarılmır və həmin məhsulların süni şəkildə artımı müşahidə edilməkdədir. 

Subsidiya artırılmalı ya da, dəyişməlidir

Ekpert düşünür ki, bu hal hökumət üçün mesaj və siqnal hesab olunmalıdır. Vəziyyətə uyğun olaraq yeni mövsümdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı kompleks tədbirlər həyata keçirməlidir. Subsidiyanın həddinin artırılması, məbləğin artırılması, subsidiyanın verilməsi mexanizminin dəyişilməsi və yeni mexanizmlər daha çox Qərb ölkələrində olduğu kimi daha çox məhsul istehsal edən fermerə daha çox subsidiyanın verilməsi praktikasının tətbiq olunmasına ehtiyac var. 

Bütün bunlar da aqrar istehsalın artırılmasına gətirib çıxara bilər. İxracın artırılması yerli bazarda məhsulun qıtlığını yaratmır. Lakin bütün hallarda reallıq ondan ibarətdir ki, hazırda məhsul qıtlığı müşahidə olunur. Bu tədbirləri həyata keçirməklə qiymət artımın qarşısını almaq mümkündür. 

Qaynar.info