Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə jurnalistlər arasında atıcılıq üzrə yarış keçirilib.
Qaynarinfo xəbər verir ki, yarışda ölkənin ən qabaqcıl media orqanlarının əməkdaşları iştirak ediblər.
Yarışda jurnalistlər atıcılığın stend atıcılığı və pnevmatik tir növü üzrə bacarıqlarını sınayıblar.
Stend atışları üzrə ən yüksək nəticəni "Yeni Müsavat" qəzetinin müxbiri Məğrur Salmanov göstərib. Belə ki, o, 15 güllədən 11-ni hərəkət edən hədəfə vuraraq I yerin sahibi olub.
Pnevmatik tir nominasiyası üzrə isə 101 xallıq nəticə ilə "Poliqon" informasiya agentliyinin müxbiri Gülşən Şərif qalib gəlib.
Sonda qaliblərə "Bakcell" şirkətinin hədiyyələri təqdim edilib.