
“Bakcell” mobil operatorun müştәri xidmәtlәri ofisində yanğın baş verib. APA-nın hadisə yerində olan müxbiinin məlumatına görə, yanğın hadisəsi “Bakcell”in Nәrimanov rayonunun İnqilab küçәsində yerləşən müştәri xidmәtlәri ofisində baş verib. Məlumata görə, hadisə yerinə Dövlət yanğından mühafizə xidmətinin 7 maşını cəlb olunub. Ofisin yerləşdiyi ikinci mәrtәbә tam yanıb.
İlkin mәlumata görә yanğına səbəb kondisionerdə yaranan qısaqapanma olub.
Qaynar.info