Bakı-2015 Avropa Oyunlarının yarışları, açılış və bağlanış mərasimlərinə biletlərin qiyməti açıqlandı.
Qaynar.info-nun verdiyi xəbərə görə, biletlərin qiyməti yarışın mərhələsi, keçirilmə və tamaşaçı yerlərinin kateqoriyasından asılı olaraq, 2 manatdan 5 manatadək dəyişəcək.
Uşaqlar və 16 yaşadək yeniyetmələr yarışa pulsuz buraxılacaqlar. Həmin şəxsin üzərində şəxsiyyət vəsiqəsi və bilet olmalıdır. Yeganə istisna Heydər Əliyev adına Arena və Milli Gimnastika Arenasındakı yarışlar üçün biletləri əhatə edəcək. Həmin yerlərdə yarışlara baxmaq istəyən, yaşı 16-ya çatmayan şəxslər 1 manat ödəməli olacaqlar.