Xəbər lenti

Bakı-Astara yolu pullu oldu
Ekonomiks07:09 29.05.2014

Bakı-Astara yolu pullu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təmir işləri ilə əlaqədar mayın 26-da qismən məhdudlaşdırılan Bakı Dairəvi avtomobil yolu hazırda tam bağlanıb. 

Qaynar.info xəbər verir ki, bununla bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA-ya açıqlama verib. 

Onun sözlərinə görə, qeyd olunan yolun tam bağlanması nəzərdə tutulmasa da, bu addım məcburən atılıb: “Bəzi sürücülərin yüksək sürətlə hərəkət etməsi, o cümlədən bəzi sürücülərin səriştəsizliyi həmin ərazidə qəzaların yaranmasına gətirib çıxardı. Buna görə də biz qərara aldıq ki, gediş hissəni tam bağlayaq”. 

“Azəryolsevis” rəsmisi sürücülərə Xocasən-Lökbatan yolundan istifadə etmələrini tövsiyə edib: “Sürücülərin çoxu bildirirlər ki, gedərkən “Sədərək” Ticarət Mərkəzinin daxili yolundan istifadə edərək, 50 qəpik ödəniş edirlər. Lakin biz onlara alternativ yol kimi Xocasən-Lökbatan yolundan istifadə etmələrini tövsiyə edirik. Belə ki, həmin yolda sürücülər Lökbatan istiqamətindən aşağı düşüb, dairəvi qovşaqla düz hərəkət etməklə Lökbatan-Xocasən yoluna çıxa və Astara-Qazax istiqamətində yollarına davam edə bilərlər. “Sədərək” Ticarət Mərkəzinin yoluna keçməyə ehtiyac yoxdur”.

Qaynar.info