Xəbər lenti

Bakı avtobusunda qadına şok yaşatdılar
Ölkə13:02 10.11.2014

Bakı avtobusunda qadına şok yaşatdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda sərnişin avtobusunda cibgir tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 8-də saat Cavadxan küçəsində 85 saylı xətt avtobusunda Şərur rayon sakini 1974-cü il təvəllüdlü Mayis Süleymanov saxlanılıb.
O, Bakı şəhər sakini Sədaqət Əzizovanın cibindən 45 manat pulunu oğurlayıb, avtobusdan düşüb qaçarkən tutulub.
İlkin araşdırma zamanı Mayis Süleymanovun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub. Axtarış zamanı onun üzərindən 9,32 qram marixuana və 45 manat pul götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info