Xəbər lenti

Bakı avtobusunda vəhşilik
Ölkə08:39 02.11.2014

Bakı avtobusunda vəhşilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 72 yaşlı kişi sərnişin avtobusundan düşərkən ağır xəsarət alıb. Qaynar.info lent.az-a xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib. 

Paytaxt sakini, 1942-ci il təvəllüdlü Əbülqasımov Vaqif Əmir oğlu 193 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobusdan düşmək istəyərkən yıxılıb. Belə ki, 72 yaşlı kişi Yasamal rayonu ərazisindəki dayanacaqda düşmək istəyib. Avtobusun sürücüsü qəfil qaza basıb və V.Əbülqasımov yıxılıb. Sərnişin bud sümüyünün sınığı və digər ağır xəsarətlərlə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, 193 saylı avtobus Binə ticarət mərkəzi və metronun "20 Yanvar" stansiyası arasında sərnişindaşıma ilə məşğul olur.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info