Xəbər lenti

Bakı avtovağzalında sərnişin sıxlığı (VİDEO)
Ölkə18:15 19.03.2013

Bakı avtovağzalında sərnişin sıxlığı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Novruzun ilaxır çərşənbəsində Bakı Beynəxalq Şəhərlərarası Avtovağzalda sərnişin sıxlığı yaşanıb. Mənzil başına avtobus tapa bilməyənlər, eləcə də xəttə əlavə çıxarılan avtobus sürücülərinin süni qiymət artımından narazılıq edənlər də az olmayıb.

Beynəlxalq Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev şikayətlərin xəttə əlavə qoşulan avtobus sürücülərinin səhlənkarlığı üzündən baş verdiyini bildirib. Növbə rəisi əlavə edib ki, buna səbəb avtobusların qrafiklə işləməsidir. Ehtiyac olan bütün istiqamətlərə əlavə avtobuslar xəttə çıxarılıb. 

Avtovağzaldan fərqli olaraq, Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin bilet satışı mərkəzində elə də sərnişin sıxlığı yaşanmayıb./ans tv/