Xəbər lenti

Bakı bulvarında gənc qız özünü dənizə atdı - YENİLƏNİB+OLAY
Ölkə19:29 14.04.2014

Bakı bulvarında gənc qız özünü dənizə atdı - YENİLƏNİB+OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı bulvarında intihara cəhd olub.

Aktual.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, özünü dənizə atan qız məktəblidir.

Ona ilkin olaraq bulvarda gəzən 3 nəfər oğlan yardım edib. Onlardan Tural Sadayev bildirib ki, qızın üzünü havaya tutaraq xilasedicilər gələnə qədər onu sağ saxlamağa çalışıblar.

Xoşbəxtlikdən xilasedicilər vaxtında müdaxilə edib və qızın həyatını xilas edə biliblər.

***

Aktual.az-ın məlumatına görə, dənizkənarı parkda kimliyi bəlli olmayan gənc qız özünü dənizə atıb.

İki gənc oğlan onu qurtarmaq üçün müdaxilə edib.Əraziyə gələn FHN və DİN əməkdaşları qızın xilas edilməsi üçün əməliyyat aparırlar.

Qaynar.info