Xəbər lenti

Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur (FOTO)
Ekonomiks09:19 02.08.2018

Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ilin mart ayında imzaladığı "Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bir sıra istiqamətdə işlər aparılır.
"Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İnfrastruktur Departamentinin "Əsaslı Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.
MMC-nin rəisi Abbas Qəmbərovun verdiyi məlumata görə, hazırda Güzdək-Sumqayıt mənzilində 5,5 kilometr dəmir yolunun kontakt şəbəkəsi yenidən qurulur. 69 ədəd dayaq qoyulub, 6 ədəd dəmir beton dayaq, 6 ədəd anker dayaq, 41 ədəd konsol, eləcə də 3 ədəd dayağa anker dartıcıları qoyulub.