Xəbər lenti

Bakı əhalisinin sayı nə qədərdir?
Ölkə08:40 06.03.2019

Bakı əhalisinin sayı nə qədərdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda demoqrafik vəziyyət açıqlanıb.
Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya bildirilib ki, ötən il ərzində paytaxt əhalisinin sayı 14 940 nəfər və ya 0,7 faiz artıb.
Bununla da, şəhər əhalisinin sayı 2019-cu ilin yanvarın 1-də 2 277 500 nəfərə çatıb. 
Əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 1064 nəfər olub.