Xəbər lenti

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edildi
Ekonomiks07:15 26.12.2019

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Dəmir Yolları” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sərnişlərin artan tələbatını təmin etmək məqsədi ilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə bir qatar təyin edib.
Qaynarinfo quruma istinadən xəbər verir ki, 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı hər iki istiqamətə təyin edilib.
Belə ki, 30 və 31 dekabr tarixlərində əlavə təyin edilən qatar Bakıdan saat 08:00-da yola düşəcək və Gəncəyə saat 11:45-də çatacaq. Gəncədən saat 16:00-da geri yola düşəcək olan qatar saat 19:45-də paytaxtda olacaq.
Qeyd edək ki, mövcud saat 08:45 Bakı-Gəncə və saat 17:00 Gəncə-Bakı sürət qatarları isə normal qrafikləri üzrə fəaliyyət göstərəcəklər.