Xəbər lenti

Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya endi
Ekonomiks 21:50 05.02.2023

Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya endi

"Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.

Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->