Xəbər lenti

Bakı İstintaq Təcridxanasının keçmiş əməkdaşı rüşfətxorluqda ittiham olunur - Cinayət işi
Ölkə11:18 14.12.2023

Bakı İstintaq Təcridxanasının keçmiş əməkdaşı rüşfətxorluqda ittiham olunur - Cinayət işi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı İstintaq Təcridxanasının keçmiş əməkdaşı Elşad Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 
Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
Dekabrın 25-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Leyla Ələsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək. 
Elşad Məmmədov Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma - təkrar törədildikdə) maddəsi ilə təqsirləndirlir. Təqsiri sübuta yetirilərsə, onu 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 
Cinayət işi üzrə Bakı İstintaq Təcridxanası zərərçəkmiş qismində tanınıb. İşin təfərratları barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 
Seyid