Bu gün saat 12.11 dəqiqədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, "Bakı kənar dairəvi yolu"unda avtomobildə yanğın olması barədə məlumat daxil olub.
Qaynarinfo xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 12:19 dəqiqədə hadisə yerinə çatıb (həmin vaxt avtomobil tamam açıq alovla yanıb).
Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 12:21-də söndürülüb.
Yanğın nəticəsində "Mercedes” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.