Xəbər lenti

Bakı klubu argentinalı futbolçu transfer edir
İdman15:32 24.12.2017

Bakı klubu argentinalı futbolçu transfer edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Keşlə" argentinalı futbolçu transfer edir. 
Qaynarinfo xəbər verir ki, paytaxt təmsilçisi Çexiyanın "Jlin" klubundan Pablo Podionu heyətinə qatır.
Bu barədə Çexiya klubunun baş məşqçisi Bohumil Panik məlumat verib. Mütəxəssis bildirib ki, ehtiyatda qalmaq istəməyən futbolçu komandanı tərk etmək istəyib və onlar buna icazə verib.
Qeyd edək ki, 2008-ci ildə Argentinanın "Playosa" klubundan Slovakiya "Podbrezova"sına transfer olunan Pablo Podio bu yay "Jlin"ə keçmişdi. 28 yaşlı yarımmüdafiəçi Çexiya klubunun heyətində cəmi 5 rəsmi oyuna çıxıb və 230 dəqiqə oynayıb.