Xəbər lenti

Bakı klubu baş məşqçisi ilə vidalaşdı
İdman13:01 11.03.2021

Bakı klubu baş məşqçisi ilə vidalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah” futbol komandasının baş məşqçi postunda dəyişiklik edilib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Visente Qomezlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə olunub.
Qeyd edək ki, İspaniyalı mütəxəssis 2020-ci ilin yayından "Sabah”ın baş məşqçisi idi. Komanda hazırda Premyer Liqada 16 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.