Xəbər lenti

Bakı klubundan növbəti transfer (FOTO)
İdman17:19 19.08.2020

Bakı klubundan növbəti transfer (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" Elgün Nəbiyevin keçidini həll edib.
24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2020/2021 mövsümünün sonunadəkdir.
Nəbiyevin son klubu "Sabah" olub.
Qeyd edək ki, bu, "Səbail"in yay fasiləsində 3-cü transferidir. Paytaxt təmsilçisi daha əvvəl Məqsəd İsayev və Florian Kadriu ilə müqavilə bağlayıb.