"İnter”in Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib.
Qaynarinfo.Az xəbər verir ki, klubun nizamnaməsinə uyğun olaraq "İnter"in Müşahidə Şurasına iki üzv seçilib.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti Akif Əhmədiyyə oğlu Əliyev və Yohann Enqbrextdir.
Bundan əlavə, həmin qərarla Yohann Enqbrext "İnter” PİK-in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub. Onu bildirək ki, alman Enqbrext əvvəl "Kommertsbank"ın Azərbaycan nümayəndəliyinin rəhbəri olub.
Qeyd edək ki, Rəşad Qasımov prezident postunda qalacaq. Bunu saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib.
Qaynarinfo.Az