
Məlumat verdiyimiz kimi, Bakının "İnter" futbol klubu növbəti mövsümə hazırlıqlarını Türkiyədə davam etdirir.
Qaynarinfo.az xəbər verir ki, iyulun 22-də Türkiyə təmsilçisi "Elazığspor"la görüşəcək "İnter" təlim-məşq toplanışı çərçivəsində daha 2 rəqiblə qarşılaşmağı planlaşdırır.
İylun 24-də "İnter" Türkiyə Superliqası təmsilçisi "Gənclərbirliyi" ilə üz-üzə gələcək. Növbəti gün Bakı komandası daha bir yoxlama matçını keçirməyi planlaşdırır. Bu dəfə "İnter"in Gürcüstanın "Kolheti Poti" komandasıyla qarşılaşacağı gözlənilir. Hər 2 oyunun vaxtı barədə məlumat veriləcək.
Qeyd edək ki, iyulun 26-da vətənə qayıdacaq "İnter" iyulun 14-də Türkiyə Superliqasının digər təmsilçisi "Kasımpaşa" ilə qarşılaşmış və 2:1 hesabı ilə qalib gəlmişdi.
Qaynarinfo.az