Xəbər lenti

Bakı məktəbində daha bir müəllimə döyüldü
Ölkə11:33 09.03.2016

Bakı məktəbində daha bir müəllimə döyüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda orta məktəblərdən birində insident baş verib.

Lent.az-ın məlumatına görə, Xətai rayonu ərazisində, Cavanşir küçəsindəki 245 saylı orta məktəbdə çalışan müəllim, 1962-ci il təvəllüdlü Əsgərova Qənirə İkram qızı (ad və soyad şərtidir) işlədiyi məktəbdə Tamara adlı şəxs tərəfindən döyülüb. 54 yaşlı müəllim məsələ ilə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.

245 saylı orta məktəbdən təhsil müəssisəsində belə bir insidentin baş verdiyini təsdiqləyiblər. Amma məktəbin tədris işləri üzrə direktor müavini sayta bildirib ki, direktor yerində olmadığı üçün bu hadisə ilə bağlı ətraflı məlumat verə bilməyəcək.

Qaynar.info