Xəbər lenti

Bakı Metropoliteni iş rejimini dəyişir
İdman11:43 02.08.2023

Bakı Metropoliteni iş rejimini dəyişir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Rakov" - "Qarabağ” matçı ilə əlaqədar Bakı metropoliteninin "Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
"Bakı Metropoliteni” QSC-dən Qaynarinfo-ya verilən məlumata görə, qarşılaşmanın başlanma vaxtı ərəfəsində stansiyada iş rejimi dəyişdiriləcək. Açıqlamada, "Stansiyadan stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə növbətçilik cədvəli tərtib edilməklə işçi qüvvəsi ayrılacaq. Gün ərzində qatarların hərəkət qrafiki yay iş rejimin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılacaq. Oyuna çoxsaylı azarkeş marağını nəzərə alaraq, görüş qurtardıqdan sonra sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatması üçün qatarların daha intensiv hərəkəti təmin ediləcək. Həmçinin, zərurət yarandığı halda, ehtiyat qatarların müvafiq istiqamətlərdə xəttə buraxılması xüsusi nəzarət altında təşkil olunacaq” - deyə bildirilib.
Səbuhi Həsənov