Xəbər lenti

Bakı Metropoliteni sərnişinlərdən üzr istədi
Ölkə07:11 24.04.2013

Bakı Metropoliteni sərnişinlərdən üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Metropoliteni bu gün qataraların hərəkətində baş verən problemlə bağlı məlumat yayıb. Metropolitendən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 07:34 dəqiqədə "Koroğlu" stansiyasının 2-ci yolunda 4 saylı marşrutla hərəkət edən sərnişin qatarında texniki nasazlıq baş verib. 

Sərnişinlər qatardan boşaldılıb, nasaz qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılaraq, "Nərimanov" elektrik deposuna göndərilib. 21 dəqiqədən sonra metropolitenin xətlərində qatarların normal hərəkəti bərpa olunub.

Yaranmış narahatlığa görə Bakı Metropoliteni sərnişinlərdən üzr istəyir.

Qaynar.info