Xəbər lenti

Bakı metrosu fövqəladə vəziyyətə hazırdırmı? (AÇIQLAMA)
Ekonomiks08:19 29.06.2019

Bakı metrosu fövqəladə vəziyyətə hazırdırmı? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən ilin iyul ayının 2-dən 3-ə keçən gecə Mingəçevirdə fəaliyyət göstərən Azərbaycanın İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda baş verən partlayış ölkənin günlərlə enerji problemi ilə üzləşməsinə səbəb oldu. Sonrakı günlərdə həm bu obyektdə, həm də digərlərində baş verən qəzalar ciddi narahatlığa səbəb oldu. Rayon və kəndlər, həmçinin Bakının mərkəzi, metro, dövlət əhəmiyyətli obyektlər saatlarla işıqsız qaldı. 
Baş vermiş hadisəyə səbəb kimi əlaqədar qurumlar hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatorunun sıradan çıxmasını göstərdi. 
Qəzadan sonra ölkədə bir çox sahələrdə ehtiyat tədbirlərindəki boşluqlar üzə çıxdı. Bunlardan biri də Bakı Metropoliteni idi. Belə ki, metroda generatorların olmaması sərnişinlərin həyatını riskə atdı. Qatarlar tuneldə qaldı, yüzlərlə insan böyük çətinliklərlə üzləşdi. 
Artıq yay fəsli başlayıb və iyun ayında Bakıda rekord isti qeydə alınıb. İyul və avqust aylarında ötən ilkindən daha yüksək tempraturun müşahidə olunacağı proqnozlaşdırılır. Bəs "Bakı Metropoliteni" analoji problemlərin təkrarlanmaması üçün hansı addımları atıb? Metronun enerji problemi həll olunubmu?
Bununla bağlı Qaynarinfo-ya açıqlama verən QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirdi ki, quraşdırılan yeni generatorlarla bu problem aradan qaldırılır:
"Ölkə prezidentinin tapşırığına müvafiq olaraq bu istiqamətdə həlledici tədbirlər görülüb. May ayında generatorların, yeni avadanlıqların quraşdırılması ilə bağlı böyük təqdimat keçirtdik. Bu evlərdə gördüyünüz məişət generatorlarından istər gücünə, istərsə də qoşulma prinsiplərinə görə xeyli fərqlənir. Həmin generatorlar "Azərişıq" ASC-nin müvafiq yarımstansiyasında quraşdırılır və oradan xətlərlə metropolitenə gərginlik verilir. Bununla da metronun minimal işi təmin olunur. Minimal iş dedikdə isə işıqlandırma, eskalatorlar, suvurma qurğuları, sərinkeşlər nəzərdə tutulur. Həmin generatorlar eyni zamanda qatarların da minimal hərəkətini təmin edə bilir. Qeyd edim ki, sözügedən xətlərin çəkilməsi ilə bağlı işlərin son mərhələsidir. Yaxın günlərdə sistem tamamilə qurulub baş çatdırılacaq". 
Nərmin Həsənli