Xəbər lenti

Bakı metrosunda HƏYƏCAN
Ölkə06:56 05.05.2016

Bakı metrosunda HƏYƏCAN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində 10 dəqiqəyə qədər gecikmə olub. Bu barədə publika.az-a sərnişinlər məlumat verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, gecikməyə səbəb "Həzi Aslanov" stansiyasından "İçərişəhər" istiqamətində hərəkət edən 4 saylı marşrutda baş verən nasazlıqdır.
"Qatarda nasazlıq aşkarlandığına görə "Qara Qarayev" stansiyasından depoya göndərilib. Daha sonra əlavə qatar xəttə buraxılıb. Bu da müəyyən gecikməyə səbəb ola bilər. Hazırda qatarlar qrafik üzrə hərəkət edir".
Qaynarinfo.az