Xəbər lenti

Bakı metrosunda həyəcan: Uşaq relslərin arasına düşdü
Ölkə07:15 15.02.2014

Bakı metrosunda həyəcan: Uşaq relslərin arasına düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasında həyəcanlı anlar yaşanıb. 

AzNews.az-ın məlumatına görə, 12-13 yaşlarında oğlan qatar relslərinin arasına düşüb. İnsanları təşvişə salan əsas məsələ isə həmin vaxt qatarın stansiyaya daxil olması olub. Lakin xoşbəxtlikdən maşinist qatarı saxlaya bilib. 

Bundan sonra stansiyada xidmət aparan polis və metro əməkdaşları uşağı relslərin arasından çıxarıblar. 

Əməkdaşımız xəbər verir ki, uşaq huşunu itirmiş vəziyyətdə tibb məntəqəsinə aparılıb. Onu da qeyd edək ki, uşaq valideynlərinin gözü qarşısında qatar reyslərinin üzərinə yıxılıb. 

Qaynar.info