Xəbər lenti

Bakı metrosunda intihara cəhd
Ölkə16:55 27.03.2016

Bakı metrosunda intihara cəhd

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı metrosunda intihara cəhd hadisəsi baş verib.
Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, martın 26-da "Qara Qarayev" metrostansiyasında yaşlı qadın özünü qatarın altına atmaq istəyib.
Qazax rayon sakini 1958-ci il təvəllüdlü Şirinova Məleykə Məhəbbət qızı saat 11:30 radələrində özünü qatarın altına atmaq istəyib. 58 yaşlı qadın qatarın ön şüşəsinə dəyib. Xoşbətlikdən o dəmir relslərinin üstünə düşməyib. Bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info