Xəbər lenti

Bakı metrosunda qatarda texniki problem yaranıb
Ölkə07:42 26.07.2019

Bakı metrosunda qatarda texniki problem yaranıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 10:35-də "Bakı Metropoliteni” QSC-nin "Qara Qarayev” stansiyasında qatarda texniki problem yaranıb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı xəbəri qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.
Onun sözlərinə görə, hadisə "Həzi Aslanov” - "Dərnəgül” xətti üzrə hərəkət edən qatarda qeydə alınıb. Sərnişinlər dərhal vaqonlardan çıxarılıb və qatar depoya göndərilib. Əvəzində xəttə köməkçi qatar buraxılıb. Hadisə iki qatar arasında təxminən 11 dəqiqə interval yaradıb. (Report)