Xəbər lenti

Bakı metrosunda qatarların hərəkəti dayandı
Ölkə19:25 25.09.2013

Bakı metrosunda qatarların hərəkəti dayandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün təxminən saat 23:00 radələrində Bakı metrosunun “Elmlər Akademiyası” ilə “İnşaatçılar” stansiyaları arasında qatarın hərəkəti qəflətən dayanıb.

APA-nın verdiyi məlumata görə, metropoliten işçilərinin, maşinistlərin cəhdlərinə baxmayaraq qatarı hərəkətə gətirmək mümkün olmayıb.

Qatarın hərəkətə gətirilməsinin mümkün olmadığını görən sərnişinlər arasında panika yaşanıb. Maşinistlər sərnişinləri sakitləşdirməyə çalışıb. Həmçinin baş verə biləcəyi ehtimal olunan fövqəladə hadisələrə hazır olmaq üçün sərnişinlərə xəbərdarlıq olunub, belə vəziyyətlərdə riayət olunacaq şərtlər xatırladılıb.

Təxminən 20 dəqiqəyə yaxın davam edən bu situasiyadan sonra qatarın hərəkətini asta sürətlə olsa da, bərpa etmək mümkün olub. Hadisə yerində olan metropoliten işçilərinin APA–ya verdiyi məlumata görə, hadisəyə səbəb qatarda gözlənilməz texniki çatışmazlıq olub.

Qaynar.info