
“Memar Əcəmi” stansiyasında platformadan relslərin üzərinə yıxılan qadın xilas edilib.
Bakı Metropoliteninin Mühafizəsi üzrə polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, platformadan müvazinətini itirərək yıxılan qadın metropoliten işçilərinin səyi nəticəsində platformaya çıxarılıb. Bu müddət ərzində isə qatar tuneldə saxlanılıb və platformaya girməyib. Yıxılan qadının kimliyi məlum olub. Bu, 66 yaşlı Zərnişan Qafarəliyevadır. Onun hipertoniya xəstəsi olduğu məlum olub. Qadına tibbi yardım göstərilib və hazırda həyatı üçün heç bir təhlükə yoxdur.
***
10:22
Bu gün saat 09:40 radələrində Bakı metrosunda bədbəxt hadisə baş verib. Bakı Metropoliteninin Mühafizəsi üzrə polis şöbəsindən verilən məlumata görə, "Memar Əcəmi” stansiyasında bir qadın platformadan yıxılaraq relslərin üzərinə düşüb.