Xəbər lenti

Bakı metrosunda yenə PROBLEM
Ölkə06:18 06.11.2014

Bakı metrosunda yenə PROBLEM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saat 07:21 radələrində metronun Həzi Aslanov stansiyası istiqamətində hərəkət edən 12 saylı marşrutunun son vaqonunda nasazlıq qeydə alınıb.

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

N. Paşayevin sözlərinə görə, qatar Qara Qarayev stansiyasında sərnişinləri boşaldıb dalana verərək, daha sonra depoya göndərilib.

“Bu zaman 7 dəqiqəyə yaxın gecikmə qeydə alınıb. Bunun nəticəsi olaraq intervalın normallaşdırılması üçün bəzi xırda ləngimələr meydana gəlib”, - deyə o əlavə edib. 

Qaynar.info