Xəbər lenti

Bakı metrosunda yeni aparatlar - FOTOLAR
Ölkə11:40 26.04.2015

Bakı metrosunda yeni aparatlar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Bakı Metropoliteni” QSC-nin metrostansiyalarında hesabın doldurulması və keçid üçün yeni terminal və turniketlərin quraşdırılmasına başlanıb. 
Qaynar.info report-a istinadən xəbər verir ki, hazırda Metropolitenin 20 Yanvar stansiyasında yeni avadanlıqların quraşdırılması prosesi həyata keçirilir.
Məlumata görə, yeni kartın qiyməti 2 manat olacaq və onlar ilkin mərhələdə hazırda istismarda olan kartlarla yanaşı istifadə ediləcək. Sonrakı mərhələdə köhnə kartlar vətəndaşlardan təhvil alınacaq.
Qaynar.info