Xəbər lenti

Bakı metrosunun hərəkətində problem yarandı: Qatarlar tuneldə qaldı  (AÇIQLAMA)
Ölkə16:40 20.09.2022

Bakı metrosunun hərəkətində problem yarandı: Qatarlar tuneldə qaldı  (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı metrosunun hərəkətində problem yaranıb. İntervalda 15 dəqiqəlik fərq yarandığndan qatarlar tuneldə gözləməli olub.
Məsələ ilə bağlı Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Qaynarinfo-ya bildirib ki,Texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunur.:
"Buna görə də Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib. Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb. Bəzi marşrutlar üzrə fərq ya daha çox, ya da daha az ola bilər. "