Xəbər lenti

Bakı Nəqliyyat Agentliyi vətəndaşlara tibbi maska payladı (FOTOLAR)
Ekonomiks07:56 18.06.2020

Bakı Nəqliyyat Agentliyi vətəndaşlara tibbi maska payladı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi aksiya çərçivəsində "Nəqliyyat Könüllüləri" bu dəfə "20 Yanvar" metrostansiyası ətrafında yerləşən avtobus dayanacaq məntəqələrində vətəndaşlara koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair təlimat broşürləri və maskalar paylayıblar, eləcə də sərnişinləri maarifləndiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Agentlikdən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, aksiya mütəmadi olaraq davam etdiriləcək və "Nəqliyyat Könüllüləri" səhər və axşam pik saatlarında daha çox sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaqlar.