Xəbər lenti

Bakı nəqliyyatında yenilik
Ölkə12:49 02.04.2013

Bakı nəqliyyatında yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nə radio yayımı üçün lisenziya verilib

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, iclasda “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nin radio yayımı və “Caspian İnternational Broadcasting Company” MMC-nin peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə və təşkilati məsələlərə baxılıb.

MTRŞ tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 7 (dövlət yayımçısı), 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

İclasda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğun olaraq “Caspian İnternational Broadcasting Company” MMC-yə 6 il müddətinə peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul olunub.

Eyni zamanda iclasda ölkə prezidentinin 5 oktyabr 2002-ci il tarixli, 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq MTRŞ üzvü Cəbiyev Qafar Cəfər oğlu Milli Televiziya və Radio Şurasının sədr müavini seçilib.   

Qaynar.info