Xəbər lenti

Bakı növbəti beynəlxalq turnirə ev sahibliyi edəcək
İdman13:45 01.11.2013

Bakı növbəti beynəlxalq turnirə ev sahibliyi edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin dekabr ayının 5-dən 8-dək Azərbaycanda Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prisi - II Beynəlxalq Bakı Kuboku keçiriləcək.
Trend Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, beynəlxalq yarışda 62 kq və 69 kq çəki dərəcəsində kişilər, 53 kq və 58 kq çəki dərəcəsində isə qadınlar qüvvəsini sınayacaqlar.

II Beynəlxalq Bakı Kubokunun təşkilat komitəsindən verilən məlumata əsasən, artıq Azərbaycan, Rusiya, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Bolqarıstan, Slovakiya, Serbiya, Ukrayna, Latviya, Qazaxıstan, Qırğızıstan, Rumıniya və Tacikistandan olan ağır atletlər Bakı Kubokunda iştirakını təsdiqləyiblər.

Yarışlar Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək.

Qaynar.info