Bakı Olimpiya stadionunda tikinti işləri tamamlanmaq üzrədir. Axar.az xəbər verir ki, stadionun tikintisi 2015-ci il fevral ayının sonuna yekunlaşacaq.
Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya stadionunda işlərin 95 faizi artıq yerinə yetirilib.
68 min tamaşaçı tutumu olan stadionda oturacaqlar artıq quraşdırılıb. Həmçinin, arenada otaqlar və “ski-boks”lar hazır vəziyyətdədir. Stadionun ətrafında abadlaşdırma və müvəqqəti qurğuların tikintisi həyata keçirilir.
Qaynar.info

