Xəbər lenti

Bakı polisindən xüsusi karantin rejimi ilə bağlı açıqlama (FOTO)
Ölkə09:00 31.03.2020

Bakı polisindən xüsusi karantin rejimi ilə bağlı açıqlama (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədi ilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir. 
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, xüsusi karantin rejimi çərçivəsində polis Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparır:
"Paytaxt sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydalarına əməl etsinlər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar".