Bu gecə Bakı-Qazax avtomagistralında yol qəzası baş verib.
Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax avtomagistralının Ağdaş rayonu, Qaradeyin kəndindən keçən 280-ci kilometrliyində olub.
Qəza zamanı "Şaqman" və "Daf" markalı 2 yük avtomobili toqquşub. Nəticədə "Daf" markalı yük avtomobilinin sürücüsü avtomaşında sıxılaraq xəsarət alıb.
Xilasedicilər onun bədənini xüsusi alətlərlə yük avtomobilini kəsərək oradan çıxarıblar. Yaralı xəstəxanaya göndərilib. Faktla bağlı araşdırma aparılır.