XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI
Ölkə20:28 28.08.2026

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılmasından sonra tələbələrin digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi üçün köçürülmə prosesi həyata keçirilib.

Qaynarinfo “azxeber.com”a istinadla xəbər verir ki, universitetdən verilən məlumata görə, 366 bakalavr tələbəsindən 191-i Azərbaycan Universitetinə, 175-i isə Odlar Yurdu Universitetinə köçürülüb.

Azərbaycan Universitetinə köçürülən 191 tələbənin ixtisaslar üzrə bölgüsü:

Coğrafiya müəllimliyi – 8 nəfər

Tarix müəllimliyi – 29 nəfər

Təhsildə sosial-psixoloji xidmət – 57 nəfər

Filologiya (Azərbaycan dili və ədəbiyyatı) – 29 nəfər

Tarix – 28 nəfər

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 40 nəfər

Odlar Yurdu Universitetinə köçürülən 175 tələbə üzrə isə:

İbtidai sinif müəllimliyi

Məktəbəqədər təhsil – 39 nəfər

Psixologiya – 35 nəfər

Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi – 31 nəfər

Riyaziyyat və informatika müəllimliyi

Xarici dil müəllimliyi (ingilis dili) – 41 nəfər

Filologiya (İngilis dili və ədəbiyyatı) – 29 nəfər

Magistratura üzrə isə 49 tələbənin köçürüldüyü göstərilir. Onların 49-u Pedaqogika ixtisası üzrədir.

Beləliklə, təqdim olunan sənədə əsasən Bakı Qızlar Universitetinin ümumilikdə 415 tələbəsi Azərbaycan Universiteti və Odlar Yurdu Universitetində təhsilini davam etdirəcək.