
Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, yolun 132-ci kilometrliyində, Şabran rayonunun Gəndob kəndi ərazisində iki minik maşınının toqquşması nəticəsində 10 nəfər ağır yaralanıb.
Belə ki, 1983-cü il təvəllüdlü Vüsal Mübariz oğlu Rzayevin idarə etdiyi “BMW” markalı avtomaşınla 1986-cı il təvəllüdlü Ənvər Yavər oğlu Mahmudovun idarə etdiyi “VAZ-2106” markalı maşın toqquşub.
Qəza nəticəsində sürücülər və onların sərnişinləri ağır yaralanıblar.
Yaralılar 1968-ci il təvəllüdlü Nəzakət Əlislam qızı İbrahimova, 1982-ci il təvəllüdlü Əflatun Əhəd oğlu Aslanov, 1986-cı il təvəllüdlü Ofelya Əhəd qızı Məmmədtağıyeva, 1986-cı il təvəllüdlü Rəqsanə Əhəd qızı Quliyeva, 1972-ci il təvəllüdlü Vətən Nadir oğlu Quliyev, 2008-ci il təvəllüdlü Mehriban Mehrab qızı Məmmədtağıyeva, 2010-cu il təvəllüdlü Gülsurə Vətən qızı Quliyeva və 1987-ci il təvəllüdlü Səbinə İbrahim qızı Rzayeva xəstəxanaya yerləşdirilib.
Yaralılardan dördünün vəziyyəti nisbətən ağırdır. İlkin ehtimala görə, qəzaya səbəb yüksəsk sürət olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qaynar.info