Xəbər lenti

Bakı-Quba yolunda avtomobil 58 yaşlı qadını öldürdü
Ölkə11:12 05.11.2013

Bakı-Quba yolunda avtomobil 58 yaşlı qadını öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı-Quba Rusiya Federasiyası yolunun 95-ci km-də, Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba istiqamətində hərəkətdə olan, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Zahid Məcidov idarə etdiyi “Nissan Maxsima” markalı avtomaşınla yolu keçmək istəyən piyada, Quba rayonu Birinci Nügədi kənd sakini, 1955-ci il təvəllüdlü Musayev Nailə Qafar qızını vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.


Qaynar.info