Video 16:22 19.03.2024

Bakı sakini “5X” lotereyasında 100 000 manat qazandı (VİDEO)

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya”nın ”Poz-Qazan” oyunu "5X”də böyük uduş qazanılıb. Novruz bayramı öncəsi bəxti gətirən Bakı sakininə 100 000 manat qismət olub. 

Uğurlu bilet Kukla teatrının yaxınlığında yerləşən satış nöqtəsindən alınıb.  Əli düşərli satıcı Nihat Bayramlı isə belə gözəl bir hadisəyə vəsilə olduğu üçün məmnunluğunu qeyd edib. 

Qiyməti 5 manat alan "5X” ani lotereyasında böyük uduş 100 000 manatdır. 

Şans oyunlarında yalnız 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər. "Azərlotereya”nın digər "Poz-Qazan ”biletlərində 200 000, 100 000, 75 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar şanslı qaliblərini axtarır.  

Biletləri "Misli” və "Azərlotereya” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin "Wolt”dan sifariş vermək mümkündür.