Bakının Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.
Plotnikov küçəsi, ev 3-də yaşayan Bakı şəhər sakini 58 yaşlı F.Z. özünü öldürmək məqsədi ilə çoxsaylı dərman qəbul edib.
O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şobəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (“Report”)
Qaynarinfo.az